...İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz romanları və hekayələri ilə daha da zənginləşdirmişdir. Həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsini yaratmış və bu, onun müəyyən etdiyi qaydalar və prinsiplər əsasında inkişaf elmiş və bu günə qədər də inkişaf etməkdədir. Görkəmli müəllim və maarifçi kimi Mir Cəlal Paşayev vurğulayırdı ki, dil və ədəbiyyat nəinki tarix və mədəniyyətin bir hissəsidir, o cümlədən bunlar hər bir insanın ürəyində və qəlbindədir. Bu şəxsiyyətin çoxşaxəliliyini sözlərlə təsvir etmək çətindir, çünki o, özündə yazıçı istedadını, alimin intellektual səviyyəsini və müəllim həssaslığını cəmləşdirirdi.

Mehriban Əliyeva,
Azərbaycanın birinci xanımı