S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin işcilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fərmanı

Yüksək səviyyəli kadrlar hazırlamaq sahəsində xidmətlərinə, səmərəli elmi fəaliyyətinə gorə və S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar olaraq aşağıdakılara fəxri ad verilsin:

Azərbaycan SSR Əməkdar elm xadimi

1.    Əliyev Mehdi Sadıq oğlu – rektor.
2.    Əhmədli Murtuz Qasım oğlu- analitik kimya kafedrasının müdiri.
3.    Axundov Mirəli Abdulla oğlu – genetika və darvinizm kafedrasının müdiri.
4.    Hüseynzadə Muxtar Hüseyn oğlu – ümumi dilçilik kafedrasının müdiri.
5.    Hüseynov İsmayıl Abbas oğlu – akademik, SSRİ tarixi kafedrasının professoru.
6.    Mirzəyev Bəhram Rüstəm oğlu – yarımkeciricilər kafedrasının müdiri.
7.    Paşayev Mir Cəlal Əli oğlu – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri.

Azərbaycan SSR Əməkdar hüquqçu

1.    Məlikova Məsumə Fazil oğlu – dövlət və hüquq nəzəriyyəsi və tarixikafedrasının müdiri
2.    Xələfov Məmməd Süleyman oğlu – hüquq fakultəsinin dekanı.

Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi

Xələfov Abuzər əli oğlu – kitabxanaçılıq fakültəsinin dekanı.

Azərbaycan SSR Əməldar bədən tərbiyəsi və idman xadimi

Baxşəliyev Rza İbrahim oğlu – bədən tərbiyəsi və idman kadefrasının baş müəllimi.

Azərbaycan SSR Əməkdar müəllimi

Ağayev Bəylər Əbdül oğlu - prefessor

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
M. İsgəndərov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi
Z. Şükürov

Bakı şəhəri, 31 oktyabr 1969-cu il.

Azərbaycan müəllimi.- 1969.- 5 noyabr.- № 88.- S. 1.