Xronologiya

1908, 26 aprel

Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Әndәbil kәndindә Mir Əli Mir Əşrəfi Mir Paşa oğlunun ailəsində anadan olmuşdur.

1918

Ona yaxşı təhsil vermək üçün Gəncə şəhərinə gətirən atası vəfat etmiş, böyük qardaşın himayəsində yaşamışdır.

1918-1919

Gəncə Xeyriyyə Cəmiyyətinin ibtidai məktəbində təhsil almışdır.

 1924-1927

M.F. Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda (Darülmüəllimində) təhsil almışdır.

1925

Komsomol gənclər təşkilatına üzv qəbul edilmişdir.

1926-1927

Әvvәlcә Gəncə Türk Pedaqoji Texnikumu tәlәbә təşkilatının, sonra isә şәhәr tәlәbә hәmkarlar tәşkilatının sәdri olmuşdur.

Zaqafqaziya Ölkə Komitəsinin Tiflisdə nəşr edilən "Yeni fikir" qəzetində məqalələri dərc olunmuşdur.

1928

Darülmüәllimini bitirib, I dərəcəli Gəncə şəhər məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Sonra Gədəbəy rayonunda yeddiillik məktəbin müdiri təyin olunmuşdur.

1929-1930

I dərəcəli Gәncә şәhәr mәktәbindә direktor vәzifәsindә işlәmişdir.

Azərbaycan Proletar Yazıçıları Gəncə şöbəsinin üzvü olmuşdur.

1930-1932

Kazan Şərq Pedaqoji İnstitutunun dil-әdәbiyyat fakültәsindә təhsi almışdır.

1932

Bakıya qayıdaraq Azәrbaycan Dövlәt Elmi-Tәdqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. 

“Kommunist”qəzetində şöbə müdiri, "Gәnc işçi" qәzetindә məsul katib vəzifəsində işlәmişdir.

1933

"Kommunist" qəzetində birgə işlədiyi Püstə xanımla (1914-2001) ailə həyatı qurmuşdur.

SSRİ EA Zaqafqaziya filialının Azәrbaycan şöbәsinin İctimai elmlәr bölmәsindә kiçik elmi işçi vәzifәsindә çalışmışdır.

1934, 15 fevral

Oğlu Arif Paşayev Bakı şəhərində anadan olmuşdur.

1935

Aspiranturanı bitirmişdir. 

Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz Baltik kanalında yaradıcılıq ezamiyyətində olmuşdur.

1936-1941

V. İ. Lenin adına Azərbaycan Pedqoji İnstitutnda vә S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində müәllimlik etmişdir.

1940

Filologiya elmlәri namizәdi alimlik dәrәcәsi almaq üçün "Füzulinin poetik xüsusiyyәtlәri" adlı dissertasiya işini müdafiə etmişdir.

Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir.

1941, 2 may

Oğlu Hafiz Paşayev Bakı şəhərində anadan olmuşdur.

1942, aprel-iyun

Azərbaycan KP MK-nın tapşırığı ilə Azərbaycan yazıçılarının tərkibində Uzaq Şərqdə ordu hissələrində qulluq edən azərbaycanlı əsgərlər arasında təbliğat işləri aparmışdır.

1943, 24 mart

Ikinci Dünya müharibəsində iştirak edən azərbaycanlı döyüşçülər haqqında bədii əsərlər yazılması ilə əlaqədar Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış etmişdir.

1943, 18 iyul

Qızı Ədibə Paşayeva Bakı şəhərində anadan olmuşdur.

1944

Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdur.

"Qafqazın müdafiәsinә görә" vә SSRİ Elmlәr Akademiyasının 220 illiyi ilә әlaqәdar olaraq "Әmәk igidliyinә görә" medalları ilә tәltif edilmişdir.

1944-1960

SSRİ EA Azәrbaycan filialının Әdәbiyyat vә Dil İnstitutunun Sovet әdәbiyyatı şöbәsinin müdiri vә S. M. Kirov adına ADU-nun Azәrbaycan әdәbiyyatı kafedrasında dosent vәzifәsindә işlәmişdir.

1945, 10 iyun

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Əmək rəşadətinə görə” medalı ilə təltif edilmişdir.

1946

"1941-1945-ci illәrdә Böyük Vәtәn müharibәsindә fәdakar әmәyinә görә" medalı ilә tәltif edilmişdir.

1947

"Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1948

S. M. Kirov adına ADU-da professor vәzifәsinә seçilmişdir.

"Böyük vətən müharibəsində fədakar əməyə görə" medalı ilə təltif edilmişdir.

1950

Moskvada keçirilən Azәrbaycan ədәbiyyatı vә incәsәnәti ongünlüyünün iştirakçısı olmuşdur.

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Şәrәf nişanı" ordeni ilə təltif edilmişdir.

1954, 15-26 dekabr

SSRİ Yazıçılarının II qurultayında nümayәndə kimi iştirak etmişdir. 

1958, 26 aprel

Anadan olmasının 50 iliyi münasibətilə Azərbaycan Sovet Yazıçıları İttifaqının təşkilatçılığı ilə Elmlər Akademiyasının binasında yubiley gecəsi keçirilmişdir.

1958, 7 may

Anadan olmasının 50 illiyi ilә әlaqәdar olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Şәrәf nişanı" ordeni ilə təltif edilmişdir.

"Qabaqcıl maarif xadimi" döş nişanı ilә tәltif edilmişdir.

1958

Asiya-Afrika yazıçılarının Daşkənddə keçirilən konfransında iştirak etmişdir.

1959, 18-23 may

SSRİ Yazıçılarının III qurultayında nümayəndә kimi iştirak etmişdir. 

Moskvada keçirilәn Azәrbaycan ədәbiyyatı vә incәsәnәti ongünlüyünün iştirakçısı olmuşdur.

1960

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Әmәk igidliyinә görә" medalı ilә tәltif edilmişdir.

Bir qrup sovet alimi ilә birlikdә Fransada sәfәrdә olmuşdur.

Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.

Azərbaycan müəllimlərini IV qurultayında iştirak etmişdir.

1961- 1978

S. M. Kirov adına ADU-nun Azәrbaycan әdәbiyyatı kafedrasının müdiri vәzifәsindә çalışmışdır.

1967, 14 yanvar

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Әmәk bayrağı" ordeni ilә tәltif olunmuşdur. 

1967, 22-27 may

SSRİ Yazıçılarının IV qurultayında iştirak etmişdir.

1968

Azәrbaycan LKGİ MK-nın qәrarı ilә "Bir gәncin manifesti" әsәri Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

Anadan olmasının 60 illiyi münasibətilə Azərbaycan EA-nın Əsaslı kitabxanası tərəfindən Azərbaycanın elm və mədəniyyət xadimləri seryasından “Mir Cəlal” biblioqrafiyası nəşr olunmuşdur.

Azərbaycan Yazıçılar İttifaqında anadan olmasının 60 illiyi münasibətilə təntənəli yubiley məarasimi keçirilmişdir.

1969, 31 oktyabr

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan SSR-in Əməkdar elm xadimi" fəxri adı verilmişdir.

1978, 25 aprel

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Oktyabr İnqilabı ordeni" ilə təltif edilmişdir.

1978

Azərbaycan Yazıçılar İttifaqında anadan olmasının 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirilmişdir.

1978, 28 sentyabr

Vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.

 

 

Yubiley tədbirləri

1998, 16 aprel

90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır.

1998

Anadan olmasının 90 illiyi münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Mir Cəlal Paşayev” biblioqrafiyası nəşr olunmuşdur.

1998, 16 iyun

Şəmkir şəhərində onun adını daşıyan küçədə barelyefi açılmışdır.

2002, 7 oktyabr

Gəncə şəhərindəki Mir Cəlal Paşyev adına 39 saylı məktəbdə xatirə muzeyi açılmışdır.

2005, 25 oktyabr

Gədəbəy rayonundakı 1 saylı orta məktəbdə həyat və yaradıcılıq yolunu əks etdirən muzey yaradılmışdır

2006, 24 iyun

“Mir Cəlal Paşayev” gəmisi suya buraxılmışdır.

2006, 29 sentyabr

Gəncə şəhərində onun adını daşıyan 39 nömrəli orta məktəbin qarşısında ağ mərmərdən yonulmuş abidəsinin açılış mərasimi olmuşdur.

2007, 29 sentyabr

Gəncə şəhərində Bayan küçəsi, 83 ünvanında Mir Cəlal Paşayevin ev muzeyi açılmışdır.

2007, 16 oktyabr

YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileylərinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.

2008, 31 yanvar

100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır.

2008, 25 aprel

Bakı Dövlət Universitetində anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilmişdir.

2008, 26 aprel

Bakı Dövlət Universitetində vaxtilə rəhbərlik etdiyi “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının önündə barelyefi açılmışdır.

2008, 5 may

AMEA-nın Rəyasət Heyətində anadan olmasının 100 illiyi münasibətilə elmi sessiya keçirilmişdir.

2008, 9 iyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Xızı şəhər Mədəniyyət Sarayına Mir Cəlal Paşayevin adı verilmişdir.

2008, 10 noyabr

Parisdə, YUNESKO-nun iqamətgahında anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılmışdır.

2008, 16 noyabr

Parisdə, YUNESKO-nun iqamətgahında anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir.

2008, dekabr 

Anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılmışdır.

2017, 27 aprel

İçərişəhərdəki Kiçik Qala küçəsində Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə yaşadığı ev təmir edilərək, “Ədibin evi” muzey kimi istifadəyə verilmişdir.