Mir Cəlal Paşayevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın görkəmli alimi və yazıçısı Mir Cəlal Əli oğlu Paşayevin 90 illik yubileyi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Elmlər Akademiyasına tapşırılsın ki, yaradıcılıq ittifaqları ilə birlikdə Mir Cəlal Əli oğlu  Paşayevin 90 illik yubileyi ilə bağlı lazımi tədbirlər hazırlayıb həyata keçirsinlər.


Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 aprel 1998-ci il
№ 782