Xızı şəhər Mədəniyyət Sarayına Mir Cəlal Paşayevin adının verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı


Xızı Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Xızı şəhər Mədəniyyət Sarayına Əməkdar elm xadimi, görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin adı verilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ


Bakı şəhəri, 09 iyun 2008-ci il
№ 133